Masallıda polislər mülki geyimdə yoxlamalar apardı: Maska taxmayanlar cərimələnib - FOTO
ÜMİDTV: Masallı rayonunda maska taxmayan şəxslər barədə qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Bu məqsədlə ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən reydlərdə artıq mülki geyimdə olan polis əməkdaşları da iştirak edir. Tədbirlər zamanı istər ictimai nəqliyyatda, istərsə də yoluxma riskinin çox olduğu market və mağazalarda karantin rejimi qaydalarından irəli gələn tələbləri pozan şəxslər qanunamüvafiq qaydada cərimələnib, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı tövsiyələr verilib.