Ukraynada yenidoğulmuş körpə koronavirusun qurbanı oldu
Ukraynada yenidoğulmuş körpə koronavirusun qurbanı oldu
Ukraynada yenidoğulmuş körpə koronavirus infeksiyası səbəbiylə yaranan ağciyər çatışmazlığından ölüb.
O, COVID-19-a ana bətnində yoluxub. Dünyaya gələndən 14 gün sonra körpə qız nəfəs darlığı, intoksikasiya və yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Dərhal intubasiya edilsə də həkimlər körpənin həyatını xilas edə bilməyiblər.
O, Ukraynada koronavirusun ən gənc qurbanı olub.
Mənbə: “Ukrainskaya pravda”