Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.