FLAŞ XEBER

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi media əməkdaşları üçün mətbuat konfransı təşkil edib.

Dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyan və Yunanıstan Baş naziri Kiryakos Miçotakisin açıqlamalarına münasibət bildirib.

 

Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılması əlehyinə səsləndirdiyi fikirləri belə şərh edib.

“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. Zəngəzur koridorunun açılması siyasi məsələdir. Ümid edirəm ki, sözügedən dəhlizin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq”, - deyə Ərdoğan bəyan edib.

 

Türkiyə prezidenti Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamalarıyla bağlı da öz fikrini bildirib.

“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a yollanıb.