DÜNYAYA ŞAD XƏBƏR - Alimlər koronavirusu 25 saniyədə məhv edən üsulu tapdılar
Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının tədqiqatçıları təcrübə əsasında koronavirusu 25 saniyədə məhv etməyin üsulunu tapdılar.
DÜNYAYA ŞAD XƏBƏR - Alimlər koronavirusu 25 saniyədə məhv edən üsulu tapdılar

ÜMİDTV.com: Tədqiqat nəticəsində məlum olub ki, uzaq məsafədən ultrabənövşəyi radiasiya, virusu tamamilə aradan qaldırır.
Təcrübələrdə iştirak edən mikrobioloq Entoni Qriffitin başçılıq etdiyi alimlərdən ibarət komanda SARS-CoV-2 virusuna yoluxmuş əraziləri ultrabənövşəyi şüaların köməyi ilə şüalandırıb yeni bir müalicə üsulu kəşf ediblər.
Təcrübələr əsasında məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur.