Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb. 

 

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

 

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:

 

“Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur”.

 

Könül Cəfərli