Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi - FOTO
Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi - FOTO
Rusiyanın Tuva vilayətinin keçmiş kənd təsərrüfatı naziri Yuri Tıt-ool öz mənzilində yaralı vəziyyətdə tapılıb.
Onun yanında həyat yoldaşının meyiti aşkar olunub. Qadının üzərində zorakılıq əlamətləri olub.
Yaralı reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başladılıb.
Tıt-ool 2015-2016-cı illərdə Kənd Təsərrüfatı və Qida naziri vəzifəsində çalışıb. 2019-cu ildə dələduzluğa görə ümumi rejimli koloniyada 4 il həbs cəzasına məhkum edilib.
Mənbə: “RİA Novosti”