Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

Koronavirusa yoluxmuş tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

 

Bu barədə Oxu.Az-a “Yeni Klinika”dan məlumat verilib.

 

Bildirilib ki, Elnur Əşrəfoğluna 4 gündür ECMO dəstəyi davam edir:“Vəziyyəti ağır olaraq qalır. Təəssüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir”.

 

Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.

 

Könül Cəfərli