Mövlud Çavuşoğlu: “Həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”

Mövlud Çavuşoğlu: “Həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”

Mövlud Çavuşoğlu: “Həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”

“Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən və hökuməti qurduqdan sonra pozitiv mesajlar verdi. Prezident Rəcəp Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi”.

 

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Report”un ABŞ bürosuna eksklüziv müsahibəsində “Türkiyə ilə Ermənistan arasında yaxın vaxtlarda danışıqların başlanılması gözlənilirmi?” sualını cavablandırarkən deyib.

 

 

“Biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla bağlı da müzakirələrinin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra blər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır”, - Türkiyə XİN başçısı vurğulayıb.