44 günlük zəfər yolunun ikinci günü - VİDEO
2020-ci il sentyabrın 28-i, bizi zəfərə − böyük və şanlı qələbəyə aparan Vətən savaşının ikinci günü. Hər kəs müharibə əhvali-ruhiyyəsində, diqqət yalnız cəbhədən gələn xəbərlərə yönəlib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilir.
Azərbaycan Ordusu ağlasığmaz şücaət göstərərək, əzm və inamla irəliyə doğru addımlayır. Ermənistan isə əhali arasında hökm sürən təşviş və ordularında yaranan xaosu azaltmaq məqsədi ilə dezinformasiya yayır, öz itkilərini gizlətməyə çalışır, Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan muzdlu döyüşçüləri də öz sıralarına daxil etmələrinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən düşmən qüvvələri mülki əhalini və obyektləri hədəf almaqda davam edir.
Səhər saatlarından etibarən Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələri intensiv atəşə tutulur. Nəticədə Tərtərdə 3, Ağdamda isə 1 rayon sakini düşmən təxribatının qurbanı olur.
2020-ci il sentyabrın 28-i ilə bağlı ətraflı Baku TV-nin süjetini təqdim edirik: