FLAŞ XEBER

Narazı qazinin müalicəsinə başlanılır - ÖZƏL

Narazı qazinin müalicəsinə başlanılır - ÖZƏL

Narazı qazinin müalicəsinə başlanılır - ÖZƏL

Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun yaxın günlərdə müalicəsi başlayacaq. 

Bu barədə Oxu.Az-a F.Ağayev özü məlumat verib. 

O bildirib ki, səhhətinin müalicəsi ilə bağlı problem həll olunub:

“Artıq yaxın günlərdə dövlət hesabına müalicələrim başlayacaq”. 

Qeyd edək ki, bir müddət əvvəl qazı sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlama görə, Fariz Ağayevin ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib:

“Bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.

Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək.

Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcək”.

İlhamə Əbülfət