QHT nümayəndələri Gəncə terrorunda həlak olanların xatirəsini yad ediblər - FOTO
QHT nümayəndələri Gəncə terrorunda həlak olanların xatirəsini yad ediblər - FOTO
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin üzvlərindən ibarət 70 nəfərlik nümayəndə heyəti Gəncəyə səfər edib.
“Report” xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edəcəklər.
Sonra Gəncənin Heydər Əliyev Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirakı ilə təşkil olunan konfrans keçiriləcək. Konfransın sonunda ümumi bəyanat qəbul olunacaq.
Qeyd edək ki, səfər çərçivəsində Nizami Gəncəvinin məqbərəsi də ziyarət olunacaq.