Rusiyada koronavirusdan rekord ölüm sayı qeydə alındı
Rusiyada koronavirusdan rekord ölüm sayı qeydə alındı
Rusiya Federasiyasında gün ərzində 895 nəfər koronavirusdan həyatını itirib.
Bu, bütün pandemiyada yeni rekord göstəricidir, ölüm sayında son maksimum bazar günü qeydə alınmışdı - 890 ölüm.
Ölümlərin çoxu Moskvada (72), Sankt-Peterburqda (58), və Sverdlovsk vilayətindədir (41 nəfər).
Rusiyada COVID-19 qurbanlarının ümumi sayı 211 696-ya çatıb.
Son sutka ərzində 25 110 yeni yoluxma hadisəsi aşkar edilib.
Ümumilikdə, Rusiyada koronavirus infeksiyasına 7 637 427 yoluxma halı qeydə alınıb.
Ölkədə artıq 6 759 059 xəstə, o cümlədən son sutka ərzində 18 568 nəfər sağalıb.
Mənbə: “İnterfaks”