Mirşahindən xəbər var- AÇIQLAMA

Koronavirus (COVID-19) infeksiyasına yoluxan "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

Mirşahindən xəbər var- AÇIQLAMA

ÜMİDTV.com:    Bunu Modern.az-a açıqlamasında "Real"ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.

L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:

"Onun səhhətiylə bağlı heç bir problem yoxdur".

Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb