Göyçayda şəhid polkovnik-leytenantın xatirə lövhəsi yeniləndi - FOTO

Göyçayda şəhid polkovnik-leytenantın xatirə lövhəsi yeniləndi - FOTO

Göyçayda şəhid polkovnik-leytenantın xatirə lövhəsi yeniləndi - FOTO

Göyçayda şəhid polkovnik-leytenantın adına qoyulan xatirə lövhəsində dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun şərəfinə qoyulan xatirə lövhəsində buraxılan orfoqrafik səhvlərin bir qismi düzəldilib. Lakin yenilənən lövhədə əslində "polkovnik-leytenant" kimi yazılmalı olan söz “polkovnik leytenant” kimi düzəldilib. “Oğlu” sözü isə “Vaqif” sözündən bir qədər aralı yazılıb. 

 

Qeyd edək ki, bir neçə gün əvvəl şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirə lövhəsində orfoqrafik səhvlərin olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, şəhid hərbçinin rütbəsi - “palkovnik-leytenant” kimi qeyd edilmişdi.