Azərbaycanlı Tələbələr və Məzunlar Platforması yeni əməkdaşlığa imza atıb - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması yeni əməkdaşlığa imza atıb - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması yeni əməkdaşlığa imza atıb - FOTO

Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) ilə Gənc Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) arasında anlaşma memorandumu imzalanıb. Sözügedən sənədi ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli və GENC MÜSİAD-ın sədri Yunus Furkan Akbal tərəfindən imzalanıb.

Memorandum vasitəsilə gələcək əməkdaşlığın istiqamətləri təyin olunmuş, bununla da iki təşkilat arasındakı iş birliyini rəsmiləşdirərək, gələcək birgə fəaliyyət üçün ilk addımı atmış oldular. İstinad olunan əməkdaşlıq iki təşkilatın nümayəndəlikləri arasında resurs və məlumat mübadiləsi, eləcə də GENC MÜSİAD, ASAP üzvləri və Türkiyədə yaşayan azərbaycanlı tələbələr və məzunlar üçün yeni imkanlar yaradacaq. İmza mərasimində NAYORA-nın Baş Katibi Ramin Həbibzadə çıxış edərək hər iki təşkilata bundan sonrakı əməkdaşlıq və fəaliyyətlərində uğurlar arzu edib.

Məlumat üçün bildirmək istərdik ki, həmçinin GENC MUSİAD komandasının Azərbaycana səfəri zamanı ASAP və GENC MÜSİAD-ın rəsmi tərəfdaşlığı, Odlar Yurdu Gənclər İctimai Birliyinin və Azərbaycan Texniki universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi ilə IBF- Beynəlxalq Biznes Forumu çərçivəsində “Azərbaycan və Türkiyə Gənclərinin İş Dünyasına İnteqrasiyası” adlı panel diskussiyası da keçirildi. Gənclərin iştirakı ilə həyata keçirilən görüş Azərbaycan Texniki Universitetində baş tutub. Tədbirdə bir sıra rəsmilər - ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli, Gənc MÜSİAD-ın sədri Yunus Furkan Akbal, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, IBF-in sədri Erol Yarar, MÜSİAD Azərbaycanın sədri Abdurrahman Uzun və Gənc MÜSİAD Azərbaycanın idarə heyətinin sədri Tural Süleymanlı çıxış etdilər.

 

Panel diskussiyasının əsas məqsədi iqtisadiyyat və maliyyə sahəsində təhsil alan gənclərin sahibkarlıq ruhunu artırmaq, onların bu istiqamətdə inkişafını təmin etmək, bilik və bacarıqlarını artırmaq üçün dəstək olmaqdır.

Panel görüşü çərçivəsində auditoriya tərəfindən səsləndirilən suallar və təkliflər spikerlər tərəfindən cavablandırılmış, sözügedən mövzular ətrafında müzakirələr davam edilib. Sonda iştirakçılara hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkilib.