İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib - VİDEO
İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərində olarkən Rusiyanın "Rossiya1" telekanalına açıqlama verib.
Açıqlamasında Soçidəki görüşləri müsbət dəyərləndirdiyini bildirən Prezident deyib:
"Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Görüşlərin nəticəsində qəbul olunmuş müştərək bəyanat da məhz bundan xəbər verir. Nəqliyyat yollarının açılması, delimitasiya ilə bağlı komissiyaların hazırlıq işləri - bunlar hamısı Azərbaycanın dəfələrlə irəli sürdüyü və Rusiyanın dəstəklədiyi mövzulardır. Bugünkü görüş də eynilə çox mühüm məna kəsb edir".