Bəstəkar Sevinc Tofiqqızı daha bir uğura imza atdı – ÜMİDTV-VİDEO
Hər zaman bəstələri ilə Türkdilli dövlətlərin dilində dastan olan, Vətənpərvər Bəstəkar Sevinc Tofiqqızının bu dəfə yeni musiqi bəstəsi Özbəkistanda işıq üzü gördü. Bəstəkarın Özbəkistanda yayımlanan “Tale” adlı yeni bəstəsi sevgini tərənnüm edir.
Bu yeni bəstənin musiqisi sevinc Tofiqqızına, sözləri Cavid Qurbanova, aranjimanı Fəraim Sadiqə, ifası isə Özbəkistan Respublikasının əməkdar artisti Mohiçhera Şamuradovaya məxsusdur. Bəstəkarın ÜmidTv-yə açıqlamasına görə yeni bəstəyə klip çəkilişidə gözlənilir.
Qeyd edək ki, Özbəkistanın əməkdar artisti Mohiçhera Şamuradova tərəfindən ifa olunan “Tale” adlı bu yeni bəstə artıq İraq Televiziyasında, o cümlədən Özbəkistan , Türkmənistan və digər Türk dilli dövlətlərin telekanallarında da yayımlanıb.
Vətənpərvər Bəstəkar Sevinc Tofiqqızına yeni-yeni uğurlar arzulayırıq.
ÜmidTv Azərbaycan