Tbilisidə tanınmış iş adamı güllələndi
Tbilisinin Vaki rayonunda bir nəfər güllələnib.
KİV-in məlumatına görə, bu, tanınmış iş adamı, “Silk Road” maliyyə qrupunun yaradıcılarından biri, 53 yaşlı Levan Kaçaravadır.
Artıq Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci – qəsdən adam öldürmə, 236-cı – qanunsuz olaraq silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırma başlandığını təsdiqləyib.
Kaçarava şəxsi avtomobili ilə Baqebi rayonunda, Sxneti qəsəbəsinə gedən magistral yolda hərəkət edərkən güllələnib. Ona 20-yə yaxın güllə atılıb. İş adamı yerindəcə dünyasını dəyişib. Cinayətkarlar hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Kaçarava müxtəlif vaxtlarda hakim partiyalara - həm Vahid Milli Hərəkat (2012), həm də “Gürcü Arzusu”na (2017) sponsorluq edib.
Dövlət reyestrinə əsasən, o, 20-yə yaxın şirkətin səhmdarı olub.
Mənbə: newsgeorgia.ge