Türkiyədə mədən çökdü: Ölən və yaralananlar var
Türkiyədə mədən çökdü: Ölən və yaralananlar var
Manisanın Soma rayonunda yerüstü mədəndə çökmə baş verib.
Dörd mədənçinin torpaq altında qaldığı bildirilib. Onlardan üçü digər mədənçilərin və tikinti texnikasının köməkliyi ilə, biri isə xilasedicilər tərəfindən çıxarılıb.
Mədənçilər Soma Dövlət Xəstəxanasına göndərilib. Onlardan üçünün səhhətinin qənaətbəxş, birinin vəziyyətinin ağır olduğu qeyd edilib. Bir müddət sonra həmin şəxsin xəstəxanada öldüyü məlum olub.
Mənbə: Haber Global