DEPUTAT ELMAN NƏSİROVDAN ERMƏNİPƏRƏSTLƏRƏ SƏRT CAVAB GƏLDİ - ÜMİD TV

ÜMİDTV.com: Rus xalqının dahi şairi Aleksandr Puşkin özünün qəhrəmanının dili ilə ermənilərə xitabən söyləyirdi ki, "sən oğrusan", "sən qorxaqsan", "sən ermənisən".
Bundan sonra ermənilər ayağa qalxdılar, Puşkinə qarşı çox böyük hücuma keçdilər, ittiham etməyə başladılar. Hətta istəyirdilər ki, bu cür böyük, dünya səviyəli, dahi bir şairi yer üzündən silsinlər. Bundan əlavə hətta ona şər böhtan atmağa başladılar ki, "hər kəsin tanıdığı Puşkin əsl Puşkin deyil, əsl Puşkini tanıdığınız Puşkin öldürüb, onun şeirlərini oğurlayıb və saxta şairdir".
Fikir verək, rusların Puşkin kimi nəhəng, dünya poeziyasına böyük töhfə verən bu şairi ermənilərin əsl xislətini açdığına görə yer üzündən silmək istəyirdilər.
Bu sözləri Ümid Tv-yə açıqlamasında Millət Vəkili, politoloq Elman Nəsirov söyləyib. Deputat qeyd edib ki, böyük söz ustadı erməni ilə oğru və qorxaq sözləri arasında sıx bağlılıq yaradıb və onları sinonim söz kimi təqdim etmişdir. Mən isə yeni şəraitdə XXI əsrin reallığında Puşkinə istinadən söyləyirəm ki, bu günləri dünyada yeganə bir dövlət Ermənistandır ki, koronavirusun yanında yer aldı, onu müdafiə etdi.
Və belə vəziyətdə obrazlı şəkildə söylədim ki, əgər bu günləri Aleksandr Puşkin sağ olsaydı erməniyə "sən koronavirussan" deyə bir əlavə də edərdi. Yəni Puşkin indiki halda Ermənistan dövlətinin bəşəriyyət üçün olduqca böyük bəla olan koronavirusun yanında olmasını əsas götürərək belə bir ifadə işlədərdi.
Bu mənim məsələyə bir yaradıcı münasibətimdir və hesab edirəm ki, mövqeyim də tam həqiqəti əks etdirir.
Mənə qarşı təzyiq, təhqir kompaniyasına başlayır, məni ittiham edirlər ki, mən xalqı təhqir etmişəm.
Mən hansı xalqı təhqir etmişəm?! Nə vaxtdan erməni xalqı sizin xalqınız olub?! Nə vaxtdan erməniləri özünüzə bu qədər doğma bilirsiniz?!
Bəli, mən Ermənistan dövlətini, hakimiyyətini ittiham etmişəm. Fikirlərimi də söyləyərkən Puşkinə istinad etmişəm. Bu isə yaman sizin xətrinizə dəyib.
Mən dəhşətə gəldim, nə baş verməkdədir?! Mən ki bu sözləri düşmənimizə qarşı istifadə etmişəm, mən ki bu sözləri Xocalı soyqırımını həyata keçirmiş, 1 milyondan artıq qaçqının yaranmasına bais olan, bu günlərdə 12 şəhidimizin olmasına səbəb olan dövlətə qarşı istifadə etmişəm. O dövlət ki, qaragen kimi faşistə heykəl qoyub, faşisti təbliğ edir, faşist dövlətidir. Və mən də bu dövlətin siyasətini qiymətləndirərkən koronavirusun müttəfiqi adlandırmışam. Düşünürəm ki, olduqca yumşaq bir ifadədən istifadə etmişəm.
Amma fikir verirsinizmi necə ayağa qalxıblar. Hesab edirəm ki, "Millət Vəkili Elman Nəsirovun Ermənistan dövləti əleyhinə istifadə etdiyi bu fikirlər etiraz edənlər kimlərdir?!" sualı Azərbaycan cəmiyyətində müzakirə olunmalıdır.
Hətta bəziləri biraz da qabardıb ki, "ermənilər haqqında belə ifadələr işlətmək olmaz, belə olan halda Beynəlxalq təşkilatlar bizlərə nə deyər, necə münasibət bəsləyər?"
Hansı Beynəlxalq hüquq?! Siz hansı Beynəlxalq Hüquqdan danışırsınız?! BMT-nin Təhlükəsizlik Şurasından daha böyüyü varmı?! Həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub ki, Təhlükəsizlik Şurasının qətnaməsinin icrası icbaridir.
Niyə icra olunmur?! Niyə həyata keçirilmir?! Beynəlxalq hüquqmu var?!
Ayıb olsun sizə, özünü "Azərbaycanlı" adlandırıb erməni kimi aparanlar! - deyə Elman Nəsirov vurğulayıb.
Elcan Məmiyev / Ümid Tv Azərbaycan