Ölkədə güclü külək, leysan başladı-Hava haqqında AÇIQLAMA
Saat 23:00-a olan məlumatına əsasən Sarıbaş (Qax), Göygöl, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafada yağış yağıb, şimşək çaxıb.
Ölkədə güclü külək, leysan başladı-Hava haqqında AÇIQLAMA

ÜMİDTV.com: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 21-də Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisinə saat 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.
Qərb küləyi arabir Naftalanda 30 m/s, Gəncədə 25 m/s, Daşkəsəndə 24 m/s, Tərtərdə 23 m/s., Xaçmazda 22 m/s., Şəmkir,Nabranda 20 m/s., Mingəçevirdə 19 m/s, Bərdədə 18 m/s-dək güclənib.