Kür çayında problem: Bu şəhər və rayonlarda su olmayacaq - RƏSMİ
Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Kür çayında problem: Bu şəhər və rayonlarda su olmayacaq - RƏSMİ

ÜMİDTV.com: Bununla bağlı “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.