Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur
Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.
Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur

ÜMİDTV.com: Vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.
Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.
Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.