Məşhur aparıcı vəzifəyə TƏYİN OLUNDU - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub.

Məşhur aparıcı vəzifəyə TƏYİN OLUNDU - FOTO

ÜMİDTV.com:       Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Xatırladaq ki, R.Mehdili indiyədək AzTV və İTV-də "Səhər proqramları” departamentinin direktoru, "Telesəhər”, "Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda "Xəbərlər” və "Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.