Bakı küçələrində dezinfeksiya işləri aparılır
Bu gün səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.
Bakı küçələrində dezinfeksiya işləri aparılır

ÜMİDTV.com: Bakı şəhər İcra Hakimiyyətinin məlumatına görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün tarixdə küçəyə çıxmamaq xahiş olunur.