Traktor minik maşını ilə toqquşdu : 1 nəfər öldü
Traktor minik maşını ilə toqquşdu : 1 nəfər öldü
Traktor minik maşını ilə toqquşdu : 1 nəfər öldü

ÜMİDTV.com: Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.