Jirinovski Leninin nəşini yandırmağı təklif etdi
Jirinovski Leninin nəşini yandırmağı təklif etdi
Jirinovski Leninin nəşini yandırmağı təklif etdi

ÜMİDTV.com: Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.
O, bu təkliflə “Vesti FM”-in efirində çıxış edib.
Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.
Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb:
“Məqbərəni ora hissə-hissə daşıyardım. Və o bizə 1 milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”.