Bakıda Taxta bazarında yanğın olub - Foto

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

Bakıda Taxta bazarında yanğın olub - Foto

ÜMİDTV.com:     Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə  Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.