Bakıda Taxta bazarında yanğın olub - Foto
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.
Bakıda Taxta bazarında yanğın olub - Foto

ÜMİDTV.com: Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.