Azərbaycan Bayrağı Ordeni ilə təltif olunan hərbi qulluqçuların arasında yer alan Bəhruz Sadıyev Yardımlı rayonunun Bozayran kəndindəndir.

ÜMİDTV:          Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bəzi   hərbi qulluqçuları "Azərbaycan Bayrağı" ordeni  ilə təltif ediliblər.

Bu hərbi qulluqçular arasında  Yardımlı rayon Bozayran kəndində anadan olan Türkiyə Hərbi Akademiyasının məzunu,  Artilleriya Dvizyonun Komandiri mayor Sadiyev Bəhruz Poladxan oğlu da var. 

Qeyd edək ki, Bəhruz Sadıyev 2-ci Qarabağ müharibəsi başlayan gündən  döyüşlərdə fəal iştirak edib və keçilməz dağları aşaraq Şuşaya ilk girən Şuşa Fatehlərindən biridir. 

Bəhruz Sadıyev düşmənə çoxlu sarsıdıcı zərbələr endirərək yüzlərcə düşmənə aid  hərbi texnikanı məhv edib. Vətənin azadlığı uğruda canından keçməyə hazır olan Bəhruz Sadıyevlə və onun timsalında bütün vətən mücahidləri ilə Azərbaycan fəxr edr. Səninlə Qürur duyuruq.

Əkbər Sadıyev ÜmidTv