Paylaşanda reklam kimi qiymətləndirilir, paylaşmayanda tənqid edilir! - Günümüzün acı reallığı

Respublikamızda hər zaman xeyriyyəçi insanlar olmuşdur. Hələ XX əsrdə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ölkəmizdə yardıma ehtiyacı olanlara yardım etmiş, qızlar məktəbi tikmiş ve sair təqdirəlayiq addımlar atmışdır.
Bildiyimiz kimi Respublikamızda koronavirus pandemiyasına görə karantin rejimi elan olundu. Ölkəmizin bu dar, çətin günündə (həm müharibə dövrü, həm də məlum pandemiyaya görə karantin vəziyəti) də mərd, insanpərvər həmyerlilərimiz Cənab Prezidentə dəstək nümayiş etdirərək yardıma ehtiyacı olanlara dəstək olmağı unutmadılar. Dəstək olanlardan ən çox aktivlik nümayiş etdirənlər isə xalqımızın mərd, qeyrətli oğlu Kamil Zeynallı və aşıq, dəyərli insan Namiq Fərhadoğlu oldu.
Bu gün isə Xəbər24 olaraq , xalqın dar günündə dəstək olan, xeyriyyəçilik edən Namiq Fərhadoğludan danışacağıq.
“Əl tutmaq Əlidən qalıb” devizi ilə addımlayan aşıq Namiq Fərhadoğlu Respublikanın bir çox bölgələrində 100-ə yaxın ailəyə yardım etmiş və bunu özünün mənəvi borcu hesab etmişdir.
Namiq müəllimin ilk yardımlarından media olaraq onunla birgə olmuşuq, yaxından iştirak etmişik. O zaman xalqımızın bu mərd, qeyrətli oğlu heç bir çəkiliş etmirdi. Ondan “niyə çəkiliş etmirsən?” deyə soruşduqda isə “sonra deyərlər ki, Namiq özünü reklam edir” deyə cavablamışdı.
Amma indi bir çox dırnağarası yazarlar və bir sıra şəxslər aşıq haqda nalayiq ifadələr səsləndirirlər.
Bir müddət yardımlarını heç bir çəkilişsiz davam etdirən Namiqə bir gün “Niyə xalqımızın bu çətin günündə yardım etmirsən” deyə məktub gəldi.
O gündən bizlərin təkidi ilə Namiq müəllim artıq yardımlarını çəkib işiqlandırdı.
Qeyd edək ki, toyların pandemiyaya görə dayandırılmasına baxmayaraq Namiq Fərhadoğlu bir neçə ay ərzində 100-ə dək ailəyə tam təmənnasız, şəxsi vəsaiti hesabına yardım etdi.
Xatırladaq ki, bu məqaləni özümüz Ümid Tv olaraq Namiq Fərhadoğluna dəstək olaraq paylaşırıq.
Namiq Fərhadoğlu vəya digər ölkəmizin vətəndaşlarının şəxsən öz vəsaiti hesabına yardımlarının çəkilişləri və sosial mediada yayımlanması reklam kimi yox, ümumxalq çağırışı kimi qiymətləndirilməlidir!
Yardımlara don geyindirmək istəyən dırnağarası insanlara da yalnız 1 sözümüz var: Edə bilirsən, sən də et, yayımla! Edə bilmirsənsə edənlərin də təqdirəlayiq addımına yalandan don geyindirib həvəsdən salma!
Biraz insanlıq hissiniz olsun!!!
Biz də Ümid Tv ailəsi olaraq aşıq Namiq Fərhadoğluna təmənnasız yardımlarından dolayı dərin təşəkkürümüzü bildiririk! Tanrı sizin kimi yardımsevər oğullarımızı qorusun!
Elcan Məmiyev / Ümid Tv