DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi

ÜMİDTV: Daxili İşlər Nazirliyi Baş Dövlət Y Nazirliyi ol Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
DYP-dən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.