Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı

Xalq artisti, keçmiş millət vəkili Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov dünən saxlanılıb.
ÜMİDTV -nin verdiyi xəbərə görə, D.Nəsirov Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməkdə ittiham olunur.
D.Nəsirov dekabrın 24-də keçirilən əməliyyat nəticəsində yeri müəyyən edilərək saxlanılıb. O, iki ilə yaxındır ki, istintaqdan gizlənirdi.