Azərbaycanda axtarışda olan 16 nəfər saxlanıldı

Azərbaycanda axtarışda olan 16 nəfər saxlanıldı

Azərbaycanda axtarışda olan 16 nəfər saxlanıldı

ÜMİDTV:        Respublikanın daxili işlər orqanları martın 26-da törədilmiş 23 cinayətin üstünü “isti izlər”lə açıb.  

 

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.   

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.