Bakıda koronavirus xəstələri küçələrdə gəzirlər

Bakıda koronavirus xəstələri küçələrdə gəzirlər

Bakıda koronavirus xəstələri küçələrdə gəzirlər

ÜMİDTV:       Martın 26-da polis əməkdaşları respublika ərazisində  4 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə  görə, Qaradağ rayon sakinləri R.Qurbanovun və F.Feyzullayevin, Sabunçu rayon sakini R.Rəhimovun və Masallı rayon sakini M.Bədəlbəylinin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.