Azərbaycanın azad edilən ərazilərdə gördüyü işlər Meksika mətbuatında

Azərbaycanın azad edilən ərazilərdə gördüyü işlər Meksika mətbuatında

Azərbaycanın azad edilən ərazilərdə gördüyü işlər Meksika mətbuatında

ÜMİDTV:   Meksikanın nüfuzlu KİV-lərindən olan “ContraReplica” qəzetində regionda münaqişə sonrası vəziyyət, Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlər və beynəlxalq ictimaiyyətin bu məsələlərdəki potensial rolu haqda səfir Məmməd Talıbovun tanınmış meksikalı jurnalist Federiko Lamontla müsahibəsi dərc olunub.

Bu barərə  Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.

Müsahibədə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışının təmin edilməsi üçün ölkəmiz tərəfindən geniş miqyaslı infrastruktur layihələrinə başlandığı, ancaq bu məqsədlərin həyata keçirilməsini ləngidən bəzi maneələrin olduğu, bu xüsusda, 30 ilə yaxın işğal müddətində bu ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin məhv edildiyi, habelə burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən imtina etdiyi məlumat verilib.

Almaniya kansleri A.Merkelin AŞPA-dakı çıxışı zamanı Qarabağı misal göstərməsi barədə suala münasibətdə Azərbaycanın hər zaman bu məqamı vurğuladığı, sülhə gedən yolda başlıca amilin dövlətərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət edilməsi olduğu, bu xüsusda Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını barışığa hazırlamalı olduğu və bu məsələlərin təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyünü hamılıqla tanıyan beynəlxalq ictimaiyyətin də öz tərəfindən səy göstərməsinin vacibliyi qeyd olunub.

Hazırkı mərhələdə BMT Təhlükəsizlik Şurası və qurumun qeyri-daimi üzvü olan Meksikanın regiondakı proseslərə verə biləcəyi töhfəyə dair sualla bağlı Azərbaycanın münaqişəni həll olunmuş hesab etdiyi bildirilib və hazırda BMT TŞ və ümumilikdə beynəlxalq ictimaiyyətin 10 noyabr və 11 yanvar tarixli bəyanatlar əsasında regionda barışığa yönəlik səyləri, habelə azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada infrastrukturun yenidən qurulması, məcburi köçkünlərimizin geri qaytarılması və erməni əsilli vətəndaşların ölkənin ictimai-sosial həyatına və hüquqi sisteminə inteqrasiya etdirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləməsinin önəmi vurğulanıb.