Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

ÜMİDTV:     İnteqrasiya olunmuş tranzit və nəqliyyat məlumatı sisteminin inkişafı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (Central Asia Regional Economic Cooperation – CAREC) ölkələrinin nəqliyyat və sərhədlərarası əməliyyatlarını və tranzit potensialını yaxşılaşdıracaq.

 

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-cü illik toplantısının “CAREC 20 yaşında: Rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlığa yeni baxış” adlı sessiyasında bildirib.

Nazir qeyd edib ki, sözügedən sistemin inkişafı iki amilə yol açacaq:

 

“Birincisi, iqtisadiyyatların daha sıx inteqrasiyasına və malların daha sərbəst hərəkətinə, ikincisi, müəyyən gömrük prosedurlarında əlavə problem və xərc yaradan digər xidmətlərin həllinə, hansılar ki, onlayn formatda göstərilə bilər”.

M. Cabbarov onu da qeyd edib ki, bu kontekstdə beynəlxalq vergi sisteminə və dövlətlər arasında informasiya mübadiləsinə diqqət yetirmək olar.

 

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Azərbaycan CAREC Proqramının 2003-cü ildən üzvüdür və hazırda bu əməkdaşlıq proqramının Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla 11 üzvü var. Regional əməkdaşlığın təşviq edən bu proqramın nəqliyyat, ticarətin asanlaşdırılması, enerji və ticarət siyasəti kimi 4 prioritet istiqaməti mövcuddur.