UEFA həmkarlarını təhqir edən futbolçu ilə bağlı araşdırma aparacaq
UEFA həmkarlarını təhqir edən futbolçu ilə bağlı araşdırma aparacaq
UEFA-da AVRO-2020-nin birinci turunda Şimali Makedoniya ilə oyundan sonra Avstriya millisinin hücumçusu Marko Arnautoviçlə bağlı iş qaldırılıb.
Bu barədə “Matchtv” məlumat yayıb.
Məsələ ilə bağlı inspektor təyin olunub. İnspektor oyun zamanı Arnautoviçin iştirakı ilə baş vermiş hadisəni araşdıracaq. Belə ki, serb əsilli futbolçunun Şimali Makedoniyanın alban əsilli futbolçuları Eqzon Beytulai və Eqziyan Alioskini təhqir etdiyi bildirilir.