Ermənilərin “şir ürəyi yeməsi”nin səbəbi “içdiyi aslan südü imiş” - VİDEO
ÜMİDTV: Demək olar ki, son vaxtlar hər gün ermənilərin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar verilir. Bu gün rüsvayçı ordunun döyüş meydanından dabanına tüpürüb qaçan hərbçilərinin atəşkəsi pozmağa necə cəsarət etməsi yəqin ki, hər kəsi düşündürür.
Bu suala sosial şəbəkənin erməni seqmentində yayılan video aydınlıq gətirib.
Azərbaycan ordusunun şanlı zəfərlərindən sonra arxasına baxmadan İrəvana qədər qaçan ermənilər nəfəslərini dərdikdən sonra, əlidolu göndəriliblər iki ölkənin sərhədinə...
Əlidolu dedikdə isə heç də silah nəzərdə tutulmur. Çaxırdan, konyakdan, araqdan əllərinə nə keçsə... Görüntülərdə “xidmət yerlərində” vəzifə başında dayanmış ermənilər kef məclisində badə qaldırır. “Məzlum” erməni xalqının, “Bayraktar” görəndə ürəyi partlayan Aşotun, “Xəzərdə üzmək adı ilə” evindən çıxıb bu gün həqiqətən Xəzərin sahilində həbsxanada olanların sağlığına içir, ölənlərin ehsanı kimi badəni çəkir başına. Bu məqamda isə bütün suallara aydınlıq gəlir: Sən demə, erməni hərbçinin onu döyüş meydanından iti qovan kimi qovan orduya atəş açmasına cəsarətləndirən “yediyi şir ürəyi” deyil, içdiyi “aslan südü” imiş.
Aciz və acınacaqlı vəziyyətdə olan bir qrup hərbçi yığınını ordu adlandırmaq nə qədər gülünc olsa da, Ermənistan dövləti bunların arxasında gizləndiyini düşünür. Vaxtilə “taktiki olaraq geri çəkilmə” strategiyasından istifadə edib bütün dünyaya rəzil olan erməni dövləti bu gün məhz videodakı həmin o əyyaşların “zəmanəti” altındadır.
Üzərinə bu cür məsuliyyətli və çətin iş düşən erməni hərbçilərin bu sərxoş vəziyyəti isə başadüşüləndir. Çünki Şuşanı misilsiz şücaət göstərib azad edən, Füzuli, Cəbrayıl, Zəngilanda ermənilərə qan udduran, Vətən sevgisi ilə tarix yazan Azərbaycan igidlərinin qarşısında ayıq başla dayanmaq ağıl işi deyil...