FLAŞ XEBER

Bakıda Gənclərin Zəfər yürüşü baş tutub - FOTO

Bakıda Gənclərin Zəfər yürüşü baş tutub - FOTO

Bakıda Gənclərin Zəfər yürüşü baş tutub - FOTO

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsinin şanlı Şuşa zəfərindən bir il ötür.

 

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev mədəniyyətimizin incisi Şuşa şəhərinin düşməndən azad edilməsi xəbərini xalqa çatdırdı. Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyi, Böyük Qayıdış Gənclər Təşkilatı, Azərbaycanlı Tələbələr və Məzunlar platforması, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin və Davam Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər günü ilə əlaqədar yürüş təşkil edilib. Zəfər yürüşünün əsas məqsədi 44 günlük Vətən müharibəsinin tarixi zəfərimiz ilə yekunlaşmasında əzmkarlıq göstərmiş qəhrəman Vətən övladlarını yad etmək, bu günün gənclər tərəfindən daim böyük qürur və fəxarət hissi ilə xatırlanacağını göstərmək olub.

 

Birinci və İkinci Fəxri xiyabanları və Şəhidlər xiyabanını əhatə edən yürüşdə 2000-ə yaxın gənc iştirak edib. Gənclər bugünki qələbələrimizin banisi olan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, daha sonra Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər. Yürüş Əbədi Məşəl abidəsi önündə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirərək xatirə fotoşəkili çəkilməsi ilə yekunlaşıb. Vətən müharibəsində Zəfərimiz sübut etdi ki, Azərbaycan gəncliyi həm ön, həm arxa cəbhənin qəhrəmanları olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi hər zaman birləşməyə hazır olub və bundan sonra da hazır olacaqdır.