Pakistandan İranla bağlı AÇIQLAMA: Hücuma cavab olaraq...
Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib
Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda zərbənin "Ceyş-i-Zalum" (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirildiyi bildirilir.
Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri bildiriblər ki, İranın ötən gecə Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar masadadır.
Pakistan kəşfiyyat mənbələri verdiyi açıqlamada bildirilib ki, İran dünən gecə sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl" adlı silahlı qrupa qarşı hücum təşkil edib, zərbələri nəticəsində iki uşağın həlak olub.
Mənbələr Pakistanın İranın hücumuna tələsik reaksiya vermədiyinə, lakin 2019-cu ilin fevralında Balakotda Hindistana verilən cavaba istinad edərək İslamabadın “cavab verməkdə” yaxşı olduğunu qeyd edib.
Məsələ ilə bağlı çox vacib və təcili görüşün davam etdiyini bildirən mənbələr, İranın hücumuna cavab olaraq bütün variantların masa üzərində olduğunu qeyd edib.
Bəyanatda qeyd olunub ki, Pakistanın suverenliyinin bu cür pozulması yolverilməzdir və ciddi nəticələrə səbəb ola bilər.(Musavat)