Arvadı və 8 aylıq qızını öldürən Fəridin məhkəməsi qapalı keçiriləcək – Qərar
Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseynlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseynlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş şəxsin nümayəndəsi işdə bəzi ailə sirlərinin olması olduğunu deyib. Bildirib ki, bu sirlərin yayılmaması üçün prosesin qapalı keçirilməsi vacibdir.
Məhkəmə vəsatəti təmin edib. Prosesin qapalı keçirilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı fevralın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə 20 yaşlı arvadı Leyla Hüseyinlini və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, daha sonra intihar etmək məqsədilə özünə xəsarət yetirib, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vəziyyəti ilə bağlı ilk olaraq onun barəsində həbsə alternativ qətimkan tədbiri seçilməyib. Amma sonrakı dövrdə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Fərid taksi fəaliyyəti ilə məşğul olub.
Qətlə yetrilən Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallının Xıl kəndində torpağa tapşırılıb. Mərhum Leyla Hüseynlinin atası Əlişan İbadov qətli törədən Fərid Hüseynlinin atası Firdovsi Hüseynli ilə uzun illərdir dost olub. Leyla ilə Fəridin tanışlığı da buradan başlayıb.
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.
Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.(Teleqraf)