Saatlıda camaatı narazı salan kimlərdir? - MÜRACİƏT

DogruXeber

Saatlıda camaatı narazı salan kimlərdir? - MÜRACİƏT
"DogruXeber.az" xəbər verir ki, Saatlı rayon Mollavaizli kəndinin bir qrup sakinləri müraciət ünvanlayıb.

Sakinlər müraciətlərində bildirirlər ki, "Saatlı rayonu Mollavaizli kəndinin 127 ailəsinə Sovxoz və Kolxozların islahat dövründə Araz çayının sol sahilində Musalı kəndinin yaxınlığında Dövlət tərəfindən 28 ha pay torpağı verilmişdir. Pay torpağına aid bütün qanuni sənədlərimiz özümüzdə olsa da həmin pay torpağından əkin üçün istifadə edə bilmirik. Buna səbəb qonşu ərazimizdəki M.B.Qasımov adına kolxozun kənd sakinlərinə verilmiş pay torpaqlarının aidiyyatı orqanlar tərəfindən sənədləri saxtalaşdırılaraq, imkanlı bir şəxsə uzun müddətə icarəyə verilməsi - yəni satılmasıdır. Həmin vaxtdan qonşu kənd sakinlərinə məxsus pay torpağını o, səxs istifadə edir.

Biz bütün qanuni sənədləri aidiyyatı orqanlara təqdim etməklə o, torpaqlar bizə aid olduğunu sübut etməyə çalışırıq. Lakin, sənədi saxtalaşdırıb icarəyə verən vəzifəli şəxslər hər vasitə ilə bu işə mane olurlar. İllərdir biz öz həqiqi pay torpağlarımızı əkib-becərə bilmirik, bu da bizə həm maddi, həm də mənəvi təsir edir. Nəticədə qonşu kəndin sakinləri ilə aramızda yaranan narazılıq düşmənçilik həddinə gəlib çatıb.

Şirvan şəhər İnzibatı-İqtisad Məhkəməsinə biz kənd sakinləri İddia ərizəsi ilə müraciət etmişik, məhkəmənin hakimi Feyruz Abbasov dəfələrlə bizim pay torpaqlarımızın göstərilməsi üçün qətnamə çıxarsa da Daşınmaz Əmlak Dövlət Reyestr xidməti işçiləri məhkəmənin qətnaməsini icra etmirlər, çünki həmin torpağın icarəyə verilməsində əli olan və sözügedən qurumda yüksək vəzifədə çalışan Əliqulu Cabbarov adlı məmur buna maneəçilik törədir."