ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Baş prokuror şikayəti korrupsiyasından şikayət edilən ƏƏSMN-ə göndərib? ƏƏSMN, tabeliyindəki qurumların özbaşınalığı, şəhid, qazi ailələrinin pensiyalarını mənimsəmələri Qarabağ savaşının ZƏFƏRlə bitməsindən sonrakı 3 ildə daha kəskin, dözülməz həddə çatıb

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir


Baş prokuror şikayəti korrupsiyasından şikayət edilən ƏƏSMN-ə göndərib?


ƏƏSMN, tabeliyindəki qurumların özbaşınalığı, şəhid, qazi ailələrinin pensiyalarını mənimsəmələri Qarabağ savaşının ZƏFƏRlə bitməsindən sonrakı 3 ildə daha kəskin, dözülməz həddə çatıb. Özbaşınalığa baxın, ƏƏSMN rəsmiləri açıq mətnlə bildirir ki, ölkədə Konstitusiya qüvvədə deyil, DÖVLƏT , MƏHKƏMƏ , QANUN elə ƏƏSMN-in özüdür ! Son bir ildə “başıma gələnlərdən başmaqçı” olduğumdan artıq ƏƏSMN-in “Dövlət, məhkəmə, qanun mənəm” qanun oğurluğuna, mafiya qaydasına inanmaqdan özgə yolum qalmayıb. 3 gün qabaq Milli Məclisdə hüquq professoru millət vəkilinin “ biz nə edə bilərik?” sualı, həmin gün Baş prokurorun qəbuluna yazmağa elə həmin əsasla-sualla imtina edilməsi ölkədə ƏƏSMN məmurlarının özbaşınalığının zirvədə olması fikrini və bu fikirdən yayınmanın mümkünsüzlüyünü ortaya qoyur.
Baş prokurorluq qanunların icrasına və tətbiqinə nəzarət edə bilmirsə, yaxud etmək istəmirsə, doğrudan da “biz nə edə bilərik?”. İndicə ƏƏSMN-dən aparat rəhbəri Fuad Musayevin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən gələn müraciətə əndrabadi cavabını aldım: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4 -cü maddəsinə əsasən müraciətinizə 2024-cü ildə 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildiyi və təkrar müraciətinizdə məsələnin həlli üçün yeni məlumatlar olmadığına görə əlavə məlumatın verilməsi mümkün hesab edilmir”. Düzü, bu cavabın birinci cümləsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adı çəkilməsəydi, ƏƏSMN-ə bu il 4-cü dəfə təkrar sorğu verdiyim qənaətinə gələcəkdim. Axı mən, ümumiyyətlə, son bir ildə ƏƏSMN-ə müraciət etməmişəm. Sadəcə, ƏƏSMN, yanındakı DSMF-in, Sosial Xidmətlər Agentliyinin qərəzindən, mənimsəməsindən, korrupsiyasından, dövlətin adından çıxarılan 20.06.2016 və 05.07.2017 tarixli məhkəmə qərarlarını Bakı İnzibati Məhkəməsinə ( hakimlər Şərafət Məmmədova, Aygün Abdullayeva, Günel Sevdimalıyeva və b.) rüşvət verməklə 7-8 ildir icrasına qadağa qoymalarından, pensiyalarımızı düz hesablamamalarından ali dövlət hakimiyyəti, hüquq orqanlarına şikayət etmişəm. Hər 3-5 gündən bir də 161-korrupsiya ilə mübarizə “qaynar xətti”nə şikayət edirəm.
Korrupsiya ilə mübarizənin “gücü”nə baxın, 13 aydan sonra ƏƏSMN-i cavaba məcbur edib. Hələlik aparat rəhbəri səviyyəsində. Belə getsə, bir 13 aydan sonra nazirə soraq çatar. Hələ ki nazirdən gizlədilir.
“Biz nə edə bilərik” ritorik sualından başqa ritorik olmayan sualla Baş prokurora, yanındakı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə üz tuturam:” Korrupsiya ilə bağlı şikayətlərin korrupsiyasından şikayət edilən qurum(lar)a göndərilməsi hansı qanunda yazılıb?” Bir sualım da bu ilin “korrupsiya planı”nı 5 ayda üçqat doldurduğunu bildirən ƏƏSMN-in aparat rəhbərinədir:” Bu ilin son 7 ayında korrupsiyaya, pensiyalarımız kimi, “veto” qoyulacaq?”


Məğrur Bədəlsoy