“Başakşəhər” Türkiyədəki uğurunu İngiltərədə təkrarlamağa çalışacaq - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start veriləcək.
ÜMİDTV xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
Öz meydanında İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edən Türkiyənin “Başakşəhər” komandası bu uğuru bu dəfə Mançesterdə təkrarlamağa çalışacaq.
Bu gün baş tutacaq qarşılaşmaları təqdim edirik:
E qrupu
21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya)
21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə)
F qrupu
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika)
00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya)
G qrupu
00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya)
H qrupu
00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya)
00:00. “Başakşəhər” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə)