“Borussiya” və “Barselona”dan böyükhesablı qələbə, “Başakşəhər” Mançesterdən məğlub ayrıldı

“Borussiya” və “Barselona”dan böyükhesablı qələbə, “Başakşəhər” Mançesterdən məğlub ayrıldı

“Borussiya” və “Barselona”dan böyükhesablı qələbə, “Başakşəhər” Mançesterdən məğlub ayrıldı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib.

Turun ilk oyun günündə 8 qarşılaşma baş tutub. 

Öz meydanında İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edən Türkiyənin “Başakşəhər” komandası uğurunu Mançesterdə təkrarlaya bilməyib. “Qırmızı şeytanlar” bu oyunda 4:1 hesablı qələbəyə sevinib.

Bu gün baş tutan qarşılaşmaların nəticələrini təqdim edirik:

E qrupu
“Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2
“Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2

F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 3:0
“Latsio” (İtaliya) - “Zenit” (Rusiya) - 3:1

G qrupu
“Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) - 2:1
“Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) - 0:4

H qrupu
PSJ (Fransa) - “Leypsiq” (Almaniya) - 1:0
“Mançester Yunayted” (İngiltərə) - “Başakşəhər” (Türkiyə) - 4:1