"Ümummilli Lider Heydər Əliyevin İrsinin Gücü"

Heydər Əliyev, Azərbaycan xalqının tarixinə damğa vurmuş bir liderdir. Onun apardığı islahatlar yalnız siyasi və iqtisadi sahələrə deyil, həm də sosial rifahın yaxşılaşdırılması və xalqın gündəlik problemlərinin həllinə yönəlmişdir. O, hər bir vətəndaşın qayğısına qalaraq cəmiyyətin sosial ədalətinin təmin olunmasına çalışmışdır.
Bugünkü müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada mövqeyini daha da gücləndirmişdir. 2020-ci ildən Vətən müharibəsində əldə edilən tarixi zəfər, Heydər Əliyevin təsis etdiyi güclü dövlətçilik ideyasının bir tərkib hissəsidir.
Azərbaycanın bu günkü uğurları Heydər Əliyevin uzaqgörənliyini və müdrikliyini bir daha təsdiq edir. Onun əsərləri, yalnız bir dövrün lideri olmağı ilə kifayətlənmir, həm də millətimizin gələcəyini təmin edən ideyaların müəllifidir. Heydər Əliyevin yaratdığı milli ideologiya, hüquqi baza və iqtisadi islahatlar, Azərbaycanın sabitliyi və inkişafının bünövrəsini təşkil edir.
Heydər Əliyevin tarixi missiyası, millətinə, dövlətinə və gələcək nəsillərə bəslədiyi sonsuz sevgi ilə zəngindir. O, yalnız dövlət quruculuğu ilə kifayətlənməyib, həm də xalqına ruh vermiş, inam aşılamışdır. Heydər Əliyev hər bir azərbaycanlının qəlbində ümid çiçəyi açmışdır. Hər il 12 dekabrda Heydər Əliyevin anım günü qeyd olunduqda, onun xalqımızın tarixi üçün nə qədər əhəmiyyətli olduğu bir daha xatırlanır. Bu gün Heydər Əliyev adı, yalnız bir dövlət başçısı kimi deyil, xalqın qəlbində əbədi iz buraxan bir lider kimi yaşayır.
Heydər Əliyev irsi əbədiyəsardır. Onun qurub-yaratdığı müasir Azərbaycan, xalqımıza qoyduğu mənəvi miras və ideyaları gələcək nəsillərin inkişafına işıq saçmağa davam edəcəkdir. Ümummilli Liderin xatirəsi və əməlləri, hər bir azərbaycanlı üçün bir iftixar mənbəyidir.
Ümummilli Liderimizi dərin hörmətlə anır, Tanrıdan rəhmət diləyirik!
Ismayil Nadirxanli
Mənbə: Xilasdan Qurtulusa: "Heydər Əliyev irsinin işığında müstəqil Azərbaycanın uğur yolu"