“Qanunsuz kosmetologlar riski artırır!”

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb

“Qanunsuz kosmetologlar riski artırır!”

Son illərdə Azərbaycanda kosmetoloji prosedurlara tələbat artdıqca bu xidməti göstərən “kosmetoloqlar”ın və estetik mərkəzlərin sayı da artmaqdadır. Lakin, bu artım qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını da artırır. “XALQ.AZ” saytının məlumatına görə, rəsmi statistikaya əsasən, ölkədə kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayan şəxslər insanların sağlamlığı və gözəlliklərini vəd edərək, gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirirlər.

Azərbaycan Respublikasının Qanununa əsasən, kosmetoloji iş üzrə özəl tibbi xidmətin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibbi fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub. Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş müxtəlif kompleks prosedurlar nəzərdə tutulub. Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla, konservativ və korreksion üsullar daxildir.

Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları və müalicəvi masaj üsulları daxildir. Bu sahədə praktiki tibbi fəaliyyəti üzrə müvafiq sertifikata malik həkim-dermatoveneroloqlartibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

Aydın görünür ki, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan biri sosial şəbəkələrdə kosmetoloq_AygunMelikova adı ilə tanınan Aygün Məlikovadır. Məlumatlarımız nəticəsində, A. Məlikovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında tibbi təhsil olması barədə məlumat yoxdur, həmçinin sertifikasiyası haqqında məlumat da mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o, heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə, Aygün Məlikova tibbi prosedurları lisenziyasız həyata keçirərək qanunvericiliyi pozur. Onun müştərilərinə dolgu və plazma terapiya həyata keçirdiyi, hətta sosial hesablarında bununla bağlı məlumatlar və görüntülər yayımlandığı qeyd olunur.

Aygün Məlikova müştəriləri ilə dialoqda bildirib ki, onun kim olduğuna baxmayaraq, lisenziya və sertifikatları soruşmanın haqqı olmadığını, özü ilə ailə üzvü kimi tanıtdığı şəxslərə belə münasibət bəslənilməsinin etik qaydalara zidd olduğunu vurğulayıb.

Hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalar aparılır. Qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər" və "kosmetoloqlar"ın sosial hesabları bağlanmaqda davam edir. XALQ.AZ-ın Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, kosmetoloji və cərrahi xidmətlər göstərən estetik tibbi mərkəzlərin fəaliyyət göstərə bilməsi üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.

Bu tibbi orqanlarda praktiki tibbi fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoveneroloqlar və digər ixtisaslaşma keçmiş mütəxəssislər fəaliyyət göstərə bilərlər. Hər bir pasiyent kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququna malikdir. Həkimlər beş ildən bir sertifikasiyadan keçirilir. Pasiyent müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququna malikdir. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaşlar Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

Məlumat üçün bildirilir ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər paylaşılır ki, bunlar qanunsuz dolgu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurlar kimi fəaliyyətləri əhatə edir. Hətta endirim adı ilə müştəriləri cəlb edib, vaxtı keçmiş kosmetoloji preparatların istifadəsi ilə bağlı məlumatlar mövcuddur.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Aygün Məlikova haqqında Analitik Ekspertiza Mərkəzinə və hüquq mühafizə orqanlarına müraciət olunub. Araşdırmalarımız davam edir.

XALQ.AZ