"FHN rəhbərinin gizli biznesi və mülk iddiaları"
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qəşəm Məmmədovun biznes fəaliyyəti ilə də məşğul olduğu iddia edilir
"FHN rəhbərinin gizli biznesi və mülk iddiaları"
![](https://www.umidtv.com/haber-resimler/1738768198_a44833fcd28723d4b92acad8b7a2ba27_untitled-1.jpg)
Fövq?lad? Hallar Nazirliyinin (FHN) N?zar?t-T?ftis idar?sinin r?isi Q?s?m M?mm?dovun biznes f?aliyy?ti il? d? m?sgul oldugu iddia edilir.
Redaksiyamıza daxil olan məlumatda FHN-nin idarələrini səlahiyyət çərçivəsində tftis edən Qəsəm Məmmədovun özünün də tftisə ehtiyacı olduğu deyilir. Məlumata görə, məmurun Bakıda taxta-salban biznesi var. İddia olunur ki, Qəsəm Məmmədov sözügedən biznesi Fövq?lad? Hallar Naziri Kamaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədrlik etdiyi zaman qurub. Q.Məmmədov hal-hazırda FHN-dəki vəzifəsindən əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) İri Tədiyyəçilər İdarəsinin rəsi işləyib. Elə həmin dönəmdə gömrükdə ən varlı məmurlardan sayılan Q.Məmmədova "Tuz Qəsəm" ləqəbi qoyulub. Hazırda Q.Məmmədovun həyat yoldaşının Dövlət Gömrük Komitəsinin Gömrük Hospitalında həkim, qızının isə həmin qurumda Planlama Marketing İdarəsinin müavini vəzifəsində çalışdığı iddia olunur. Oğlu da FHN-də çalışır. Q.Məmmədovun ailə üzvlərinin adına Azərbaycanda və xaricdə çoxsaylı mülklərin olduğu da bildirilir. Redaksiyaya təqdim edilən siyahıda Bakıda "Varovski" kimi tanınan ərazidə çoxmərtəbəli villa, Buzovna və Mərdəkan'da 2 mərtəbəli bağ evi, Bakı şəhərində bir neçə yerdə mənzil, Qax rayonunda bağ evi, Türkiyənin kurort bölgəsində yay tətil evi və s. mülklərin ünvanları qeyd edilir. Bundan əlavə, idarə rəsi Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə orada da dövlətdən iki ədəd ev almaq üçün özünü və ailə üzvlərini növbəyə yazdırıb. Yeri gəlmişkən, Qəsəm Məmmədov 13.04.1958-ci il tarixində Xocavənd rayonunda doğulsa da, Cəbrayıl rayonunda qeydiyyatdadır. Bildirilir ki, məmurun ailəsinin bahalı avtomobil kolleksiyası da mövcuddur. Bu kolleksiyaya 10-KG-800 nömrə nişanlı, 2016-cı il buraxılışlı "Land Rover Discovery", 10-SS- nömrə nişanlı, 2021-ci il buraxılışlı "Ford Fusion", 10-TQ-00 nömrə nişanlı, 2024-cü il buraxılışlı "Hyundai Grandeur" Hibrid, habelə "Niva", "Mercedes" markalı avtomobillər daxildir. Bundan əlavə, iddia olunur ki, Qəsəm Məmmədov FHN-də şəxsi sürücü statusuna öz yaxın adamının adını yazdırsa da, xidməti avtomobilini də özü idarə edir. Sözlərin iddialarla bağlı əməkdaşımız adıçəkilən idarə rəsi Qəsəm Məmmədovla əlaqə saxlayıb. O, əvvəlcə taxta-salban biznesindən danışıb: "Mənim Cəbrayildə bu biznesim olub. Amma torpaqlarımız işğal edildikdən sonra sözügedən biznesim məhv oldu. Sonra dövlət qurumlarında fəaliyyətə başladım və hazırda heç bir biznesim yoxdur." İdarə rəsi həyat yoldaşının evdar qadın olduğunu və ona məxsus yalnız bir evin olduğunu deyib: "Mən heç Buzovna və Mərdəkan yolunu belə tanımiram. Allah eləməsin, mənim çoxlu pulum olsun və mən bunu heç arzulamıram da... Badamdarda da evim yoxdur. Avtomobillərə gəlinç, yalnız 2016-cı il buraxılışlı "Land Rover Discovery" avtomobilim var." İdarə rəsi sayta açıqlama verdikdən bir neçə dəqiqə sonra "Land Rover Discovery" avtomobilini elan saytlarının birində 76 min 500 manata satışa qoyaraq linkini Qaynarinfo-ya göndərdi: "Olanım bircə bu idi, onu da satısa qoydum. Satdıqdan sonra Cəbrayıl'a köçəcəm və sözügedən vəsaiti orada xərcləyəcəm."
?hm?d, (Qaynarinfo)